Agentlik: Alternativ enerji sahəsinin inkişafında əsas çətinlik yüksək kredit faizləridir

Agentlik: Alternativ enerji sahəsinin inkişafında əsas çətinlik yüksək kredit faizləridir
10:47 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycanın enerji bazarında alternativ enerjinin payı 1232 meqavattdır ki, bu da ümumi kütlənin 16%-i deməkdir. "Report" xəbər verir ki, bunu "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) nümayəndəsi Rauf Qurbanov deyib.
Onun sözlərinə görə, bu həcmun 20%-ə çatdırılması nəzərdə tutulub: "Azərbaycanın çox böyük alternativ enerji ptensialı var. Ölkəmizin ümumi potensialı 25300 megavattdır ki, ondan da 62,8 mlrd. kilovatt/saat elektrik enerjisi almaq mümkündür".
AREA rəsmisi bu sahənin inkişafında mane olan səbəbi də açıqlayıb: "Əsas çətinlik ayrılan kreditlərin yüksək faizlə verilməsidir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR