Rəqsanə: "Göz yaşlarım dayanmır" - FOTO

Rəqsanə: "Göz yaşlarım dayanmır" - FOTO
10:52 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılovanın anası əməliyyat olunacaq. 

Axşam.az-ın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. 

O bildirib ki, anası bu gün xəstəxanaya yerləşdiriləcək:

"Allah heç kimi darda qoymasın. Başımın tacı, evimin nəfəsi anamı yola salırıq, gedir xəstəxanaya yerləşməyə. Üç gündən sonra əməliyyata girəcək. Anamın əməliyyat olunmasını bilən kimi nəvələri başına yığışdı. Yazıram, göz yaşlarım dayanmır. Allah səni bizə çox görməsin.

Çox çətindir, övlad atadan yox, anadan yetim qalır. Anamsız nəfəs belə ala bilmirəm. Allahdan heç nə istəmirəm, anam sağ-salamat əməliyyat olunub, ayağa dursun. Anam mənim həm rəfiqəm, həm yoldaşım, sirr boğçamdır. Analarınızın qədrini bilin. Anasını, atasını atan övladlar, valideynlərinizin qədrini bilin. Sonra çox yanacaqsınız".

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR