"525-ci qəzet"in 24 yaşı oldu

"525-ci qəzet"in 24 yaşı oldu
10:54 17 Noyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Noyabr ayında ölkədə bir çox populyar mətbuat orqanı ad gününü qeyd edir. Onlardan biri də müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan “525-ci qəzet”idir. Bu gün qəzetin yaranmasından 24 il ötür.

 

“525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. Baş redaktor 1995-ci ildən qəzetə rəhbərlik edir.
 

Onu da qeyd edək ki, qəzetin adı öncə “Sabah”, “2x2” kimi planlaşdırılıb. Lakin qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.

1992-ci ildən 1996-cı ilə kimi həftəlik nəşr olunan qəzet 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur.

 

24-cü ildönümü münasibətilə qəzetin kollektivini təbrik edirik. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR