Şeydayevin əvəzinə Niasse

Şeydayevin əvəzinə Niasse
10:57 17 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Trabzonspor” klubu qış fasiləsində ciddi islahatlara hazırlaşır. Fanat.Az xəbər verir ki,  baş məşqçi Ərsun Yanal xüsusən ön xətt oyunçularından narazıdır ki, onlardan biri də millimizin hücumçusu Ramil Şeydayevdir.


Fasilədə Şeydayevi icarəyə verməyi düşünən Qara dəniz təmsilçisi artıq yeni hücumçu da tapıb. Bu, Umar Niassedir. “Everton”da heyətə düşə bilməyən seneqallı forvard özü də Türkiyədə çıxış etməyin əleyhinə deyil.  13,5 milyon funt-sterlinq qarşılığında İngiltərə klubuna transfer olunan Niasseni almaq üçün bu məbləğin 1/3-i tələb olunur.


Qeyd edək ki, Niasse 2015-ci ildə Rusiyanın “Lokomotiv” klubundan “Everton”a keçib. O, 2013/2014 mövsümündə “Akhisar” da çıxış edib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-eydayevin-vzin-niasse-t54212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR