Bağlanan bankın əmanətçilərinə 412 milyon manatdan çox kompensasiya ödənildi

Bağlanan bankın əmanətçilərinə 412 milyon manatdan çox kompensasiya ödənildi
11:05 17 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən noyabrın 16-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 810 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 milyon 256 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 milyon 5 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 21 min manatdan artıq kompensasiya ödənilib.

Milli.Az bildirir ki, Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 125 miyon 94 min manatdan artıq kompensasiya ödənilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 milyon 193 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 73 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, noyabrın 16-da "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 975 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 80 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 204 min manatdan artıq kompensasiya ödənilib.

Həmçinin QSC "Bank Standard" KB-nin qorunan əmanətçilərinə 412 milyon 517 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 698 milyon 890 min manatdan artıq kompensasiya ödənilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR