Bakıda “Maqa” ləqəbli dilənçinin boyun damarı kəsilib

Bakıda “Maqa” ləqəbli dilənçinin boyun damarı kəsilib
11:07 17 Noyabr 2016
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda dilənçiliklə məşğul olan şəxsin boyun damarı kəsilib.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində Olimp mağazasının yaxınlığında qeydə alınıb.
Belə ki, 44 yaşlı Məmmədov Mətləb Vəzir oğluna tanımadığı şəxslər yaxınlaşıb. Onlar ülgüclə M.Məmmədovun boyun nahiyəsini kəsiblər. Hadisə M.Məmmədovun küçədə dilənçilik edən iki övladının gözləri qarşısında baş verib.
Övladlarının köməkliyi ilə M.Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə M.Məmmədovun boyun damarı kəsilib. O, əməliyyat olunub, vəziyyəti ağırdı.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparır. İlkin araşdırmalara görə, M.Məmmədov sərxoş vəziyyətdə olub. O tanımadığı şəxslərə söyüş söyüb.
Qeyd edək ki, M.Məmmədov avara və dilənçilər arasında "Maqa" ləqəbi ilə tanınır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-maqa-leqebli-dilencinin-boyun-damari-kesilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR