Almaniyanın Azərbaycandakı səfiri BANM-də olub

Almaniyanın Azərbaycandakı səfiri BANM-də olub
11:12 17 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb.
Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
E.Qasımov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin fəaliyyət istiqamətlərindən söz acaraq qısa müddət ərzində görülən işlər və islahatlardan danışıb. Tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs edib. O, BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq və yerli şirkətlərlə, o cümlədən beynəlxalq qurumlar ilə geniş əlaqələrinin inkişafından söz açıb.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab səmimi qəbula görə təşəkkür edib. Səfir BANM ilə təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına maraq göstərdiyini bildirib. O, Almaniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin yaradılması imkanlarından söz açıb.
Görüşdə, o cümlədən universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda rektor E.Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib. Səfir Ali Məktəbin “Fəxri qonaq” kitabına ürək sözlərini yazıb.
Səfir BANM-in tədris auditoriyalarını gəzərək tələbə-müəllim heyəti ilə də görüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/almaniyanin-azerbaycandaki-sefiri-banm-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR