Bakı Nəqliyyat Agentliyi mebel və inventarlar almaq istəyir

Bakı Nəqliyyat Agentliyi mebel və inventarlar almaq istəyir
11:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi mebel və inventarların alınmasına dair açıq tender elan edib. "Report"  xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Məlumata görə, tenderdə iştirak haqqı 500 manatdır. İddiaçılar ilkin sənədləri dekabrın 12-nə qədər, tender təklifi və bank zəmanətini isə dekabrın 14-nə qədər Agentliyin Bakı şəhəri, Ziya Bünyadov prospekti, 11 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Tenderdə iştirak etmək üçün şərtlər toplusu da bu ünvanda təqdim olunur. Əlaqələndirici şəxs Tural Mahmudovdur. 
Təkliflərə dekabrın 15-də, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. Prosesdə iddiaçının səlahiyyətli nümayəndəsi iştirak edə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-neqliyyat-agentliyi-mebel-ve-inventarlar-almaq-isteyir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR