Qol.az 8 yaşında

Qol.az 8 yaşında
11:17 17 Noyabr 2016
141 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın nüfuzlu idman saytlarından biri olan Qol.az-ın 8 yaşı tamam olur.


2008-ci ilin 17 noyabrında fəaliyyətə başlayan Qol.az ilk gündən oxucularının etimadını doğruldub, idman mediasında özünə məxsus yer tutub. Qol.az bu gün ölkənin ən çox oxunan və istinad olunun idman saytlarından biridi. Sayt hər gün eksklüziv və operativ xəbərlər, maraqlı müsahibələr, köşə yazılar və analizlərlə oxucuların görüşünə gəlir.


Bu gün həm də müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan “525-ci qəzet”in yaranmasından 24 il ötür. Qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb. “525-ci qəzet” 24 illik fəaliyyəti dövründə siyasi cəbhələşmədən yayınaraq, ümummilli qəzetə çevrilməyi bacarıb. 


“525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir. Qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər. 1996-cı ilə kimi həftəlik nəşr olunan qəzet 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.


Bir maraqlı məqamı da qeyd edək ki, Qol.az-ın yaradıcısı və baş redaktoru Aydın Bağırov məhz "525-ci qəzet"in yetirməsidi. Buna görə də bu günün onunla yanaşı, "525" ailəsi üçün ikiqat bayramdı.


Fanat.Az-ın Qol.az-ın və "525-ci qəzet"in kollektivini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qolaz-8-yanda-t54214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR