İrəvanda Məmmədyarovun imtina etdiyi sammit başladı

İrəvanda Məmmədyarovun imtina etdiyi sammit başladı
11:22 17 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün İrəvanda Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin xarici işlər nazirlərinin VIII qeyri-rəsmi görüşü keçirilir

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, görüşdə, Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan və digər avropalı rəsmilər iştirak edirlər.

Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edəcəklər. 

Ötən gün Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev açıqlamasında bildirib ki, Azərbaycanı bu görüşdə heç kim təmsil etməyəcək. 

Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR