Qol.az saytının 8 yaşı tamam olur

Qol.az saytının 8 yaşı tamam olur
11:36 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 8 il ötür.

2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son üç il ərzində Qol.az Azərbaycanın ən çox oxunan idman portalıdır. Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbəri əldə etmək üçün məhz Qol.az-ı seçir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir.

Axşam.az Qol.az-dakı həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR