Milli Məclisdə yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı problemlər müzakirə olunub

Milli Məclisdə yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı problemlər müzakirə olunub
11:37 17 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri ilə bağlı müəyyən edilməsi ilə bağlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində də müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, komitənin sədr müavini Sahibə Qafarova deyib ki, uşaqlara dövlət səviyyəsində qayğı göstərilir. O bildirib ki, yeni qanun layihəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirəcək.
Dəyişiklik layihəsinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbsqətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.
Qeyd edək ki, dəyişiklik layihəsi əvvəlcə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisde-yetkinlik-yasina-catmayanlarin-baximsizligi-ile-bagli-problemler-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR