Moldovanın İstanbuldakı baş konsulu rüşvət almaqda şübhəli bilinir

Moldovanın İstanbuldakı baş konsulu rüşvət almaqda şübhəli bilinir
11:42 17 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip Kişinyov hava limanında saxlanılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir.
"Publika TV" telekanalının məlumatına görə, baş konsulun saxlanılması üzrə əməliyyat antikorrupsiya prokurorları ilə İnformasiya və Təhlükəsizlik Xidmətinin nümayəndələrinin birgə iştirakı ilə keçirilib.
Məmurun saxlanılmasından dərhal sonra polis onun evində axtarışa başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/moldovanin-i-stanbuldaki-bas-konsulu-rusvet-almaqda-subheli-bilinir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR