Ömürlük həbs alan Vüqara 1 il də iş kəsdilər

Ömürlük həbs alan Vüqara 1 il də iş kəsdilər
11:52 17 Noyabr 2016
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Kənd təsərrüfatı nazirinin müavini olmuş, buna qədərsə Şəmkirin icra başçısı çalışmış Aslan Aslanovun oğlu Ruslanın ölümünə görə 2003-cü ildən həbsdə olan Vüqar Əliyev haqqında yeni hökm çıxarılıb.

Milli.Az azadliq.org-a istinadən xəbər verir ki, onsuz da ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev bu dəfə CM-in 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və ya istifadəsi) maddəsilə təqsirli bilinib və ona Qaradağ Rayon Məhkəməsinin hökmü ilə daha bir il həbs cəzası kəsilib.

Noyabrın 16-da yeni hökmdən şikayətə Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyevin özü də məhkəmə iclasına qatılıb.

Vüqar Əliyev ittihamın saxta olduğunu bildirib. Mobil telefon gizlədib saxlamaqda təqsirləndirilən Vüqar Əliyev deyir ki, həbsxanadakı müşahidə kameralarının yaddaşına baxış keçirməklə həqiqəti ortaya çıxarmaq olar. Amma nə istintaqı aparan prokurorluq bu işi görüb, nə də Qaradağ Rayon Məhkəməsi.

Vüqar Əliyevin sözlərinə görə, telefonu həbsxana əməkdaşı satıb: "Gah telefonu əlimdən aldılar, gah bunu görə atamdan pul aldılar. Sonra da sifariş gəldi deyə, saxta cinayət işi qaldırdılar. 2002-ci ildən mənə qarşı bu düşmənçilik davam edir. Bu işlə bağlı heç bir istintaq araşdırması getməyib, gəlib iki dəfə qol çəkdiriblər, vəssalam".

Məhkəmə qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.

Vüqar Əliyevin anası Məlahət İsmayılova məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, oğlu haqqında yeni cinayət işi sifarişlə hazırlanıb: "Aslan Aslanovun oğlu Ədliyyə Nazirliyinin istintaq idarəsində müstəntiq işləyir. Onlar bu günədək düşmənçiliyi davam etdirirlər. Lamiyə məsələsində üstü açıldı ki, bunlar sifarişlə adamların başına hansı oyunları açdırırlar. Vüqara ömürlük verdirməklə kifayətlənməyiblər, onu tamamilə məhv eləmək istəyirlər. Baxın, həbsxana rəhbərliyi telefonu hansı əməkdaşın satdığını da bilir, amma onu cəzalandırmır. Əksinə, həbsxananın rəisi başqa cəzaçəkmə müəssisəsinə rəis göndəriləndə onu da özü ilə apardı. Deməli, özünə yaxın adamdır".

Məlahət İsmayılovanın sözlərinə görə, oğlunun səhhətində çox ciddi problemlər olsa da, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmür, tez-tez müxtəlif bəhanələrlə cərimə kamerasına ("kars"a) salırlar: "Vüqar ona bütün bu haqsızlıqlara etiraz olaraq noyabrın 2-dən aclıq edir".

Vüqar Əliyev 2003-cü ilin mayında o zaman nişanlısı olan Lamiyə Quliyeva ilə birlikdə Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbs olunub. Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə hadisə zamanı yetkinlik yaşına çatmadığına görə 10 il azadlıqdan məhrum edilib. Lamiyə cəzası bitəndən sonra da buraxılmayıb və CM-in 317-ci maddəsilə ona da iş qaldırıb cəzasını uzadıblar. Yalnız həbsdə olduğu halda, uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Lamiyə ötən ilin fevralında azadlığa buraxılıb.

Vüqar Əliyev haqqında hökmdən Avropa Məhkəməsinə şikayət olunub. Artıq kommunikasiya mərhələsi başlanıb və Avropa Məhkəməsi bu iş üzrə sualları cavablandırmaqdan ötrü Azərbaycan hökumətinə dekabradək vaxt verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28

Putin aviasiya komandanını ordudan qovdu

26 Sentyabr 2017 19:24

Rusiya İŞİD-in Suriyadakı obyektlərini bombaladı

26 Sentyabr 2017 19:23

Zakir Həsənov Appaturayla görüşüb

26 Sentyabr 2017 19:14

Qurban Qurbanov -

26 Sentyabr 2017 19:10

Rumın hücumçu rəsmən "Səbail"də - FOTO

26 Sentyabr 2017 19:07

14 yaşlı qızların nişanlanaraq məktəbi tərk etməsi XƏBƏRİNƏ RƏSMİ REAKSİYA

26 Sentyabr 2017 19:03

Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

26 Sentyabr 2017 19:02

Demet Akalın Aygün Kazımovadan oğurluq edib? - VİDEO

26 Sentyabr 2017 18:58

Qurban Qurbanov: "Çalışacağıq ki..."

26 Sentyabr 2017 18:53

Bütün yollar "Qarabağ" - "Roma" oyununa aparır - PAYTAXTDA XÜSUSİ HAZIRLIQ

26 Sentyabr 2017 18:49

Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO

26 Sentyabr 2017 18:43

Gəncədə 2 nəfər bıçaqlanıb

26 Sentyabr 2017 18:37

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

26 Sentyabr 2017 18:33

Tofiq Sarıcalinski ordenlə təltif edildi

26 Sentyabr 2017 18:33

Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib

26 Sentyabr 2017 18:32

MTRŞ sədri ATV-dəki rəhbər dəyişikliyindən danışdı: "Dəfələrlə demişdik"

26 Sentyabr 2017 18:29

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:24

Azərbaycanda Afrika taunu təhlükəsi?

26 Sentyabr 2017 18:23

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

26 Sentyabr 2017 18:22

Dillər universitetində aksiyaya görə tələbələr qovulub? - AÇIQLAMA

26 Sentyabr 2017 18:19

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edildi

26 Sentyabr 2017 18:16

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

26 Sentyabr 2017 18:13

ATV-də köklü dəyişikliklər olacaq?

26 Sentyabr 2017 18:13

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 18:12

Yol tikintisi üçün maliyyə vəsaiti ayrıldı

26 Sentyabr 2017 18:10

Araz Abdullayevin başına nə gəlib? - SƏBƏB

26 Sentyabr 2017 18:07

50 ölkə ombudsmanı Ərdoğana Nobel istədi

26 Sentyabr 2017 18:03