"Bu qanun valideynləri müxtəlif bəhanələrdən çəkindirəcək"

"Bu qanun valideynləri müxtəlif bəhanələrdən çəkindirəcək"
11:57 17 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xəstəliyin son mərhələsində olma, stasionar tibb müəssisələrində yerləşdirilmə, həbs olunma uşaqlarını baxımsız qoyan valideynlər üçün öz vəzifələrini yerinə yetirə bilməməsinin üzrlü səbəbləri hesab ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Komitənin sədri Aqiyə Naxçıvanlı deyib ki, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri qanunvericiliklə dəqiq müəyyən edilib.

Layihəyə təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbsqətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir.

A.Naxçıvanlı bildirib ki, bu əlavə labüddür və uşaqların hüquqlarının qorunması ilə bağlı müxtəlif qanunvericilikdə olan dəyişikliklərə uyğundur. Komitə sədri qeyd edib ki, təqdim olunan yeni qanun layihəsi yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR