Sosial şəbəkədə tanış olduğu qadını lüt şəkillərlə şantaj etdi - AZƏRBAYCANDA

Sosial şəbəkədə tanış olduğu qadını lüt şəkillərlə şantaj etdi - AZƏRBAYCANDA
12:09 17 Noyabr 2016
200 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində şantajla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.

 

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR