Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
12:17 17 Noyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Kanadanın Burnabı şəhərində taekvondo üzrə gənclər arasında dunya çempionatına start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan milli komandası bir medal qazanıb. 
45 kq çəki dərəcəsində çıxış edən Ayaz Qəmbərli yarımfinaladək irəliləsə də, finala adını yazdıra bilməyib. Nəticədə o, bürünc medalla kifayətlənib. 
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında 14 taekvondoçu ilə qatılıb. Yarışda 102 ölkədən 846 idmançı mübarizə aparır. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-taekvondocusu-dunya-cempionatinda-burunc-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR