Gürcüstan prezidenti yeni seçilmiş parlamentin ilk iclasının tarixini təyin edib

Gürcüstan prezidenti yeni seçilmiş parlamentin ilk iclasının tarixini təyin edib
12:27 17 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Gürcüstan prezidenti Giorgi Marqvelaşvili yeni seçilmiş parlamentin ilk iclasının tarixini noybarın 18-nə təyin edib.
"Report" Gürcüstanın KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, doqquzuncu çağırış parlamentin ilk iclasında qanunvericilik orqanının sədri və sədrin müavini vəzifəsinə namizədlər, eləcə də parlament komitələrinin sədrləri təsdiqlənməlidir.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri iki mərhələdə - oktyabrın 8-də və 30-da keçirilib. Hakim "Gürcüstan arzusu" partiyası seçkinin yekununda konstitusiya çoxluğu əldə edib: 150 yerlik qanunvericilik orqanında partiyanı 115 deputat təmsil edəcək. Başqa sözlə, partiya baş nazir namizədini irəli sürə və Konstitusiyaya dəyişikliklər edə biləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-prezidenti-yeni-secilmis-parlamentin-ilk-iclasinin-tarixini-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR