Azərbaycanda polis şöbəsində İNTİHAR

Azərbaycanda polis şöbəsində İNTİHAR
12:27 17 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan Şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.
 
Məlumata görə, zorlamada ittiham olunan V. Muradov Sabirabad Rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan Rayon Polis Şöbəsində saxlanılırmış.
 
Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR