''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib
12:32 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən horizontal qazmadan sonra 23 nömrəli quyu istismara verilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Girməki lay dəstəsindən dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 767-648 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qerbi-abseron-yataginda-yeni-horizontal-quyu-istismara-verilib123456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR