12 yaşlı qızın müəmmalı ölümü - Məktəb direktoru danışdı

12 yaşlı qızın müəmmalı ölümü - Məktəb direktoru danışdı
12:39 17 Noyabr 2016
365 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, 12 yaşlı Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirərək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olub.

Yasamal Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir.

 

12 yaşlı Fərəh Yaqubova Səbail rayon 6 nömrəli tam orta məktəbdə təhsil alırmış. Lent.az aznews.az –a istinadən məlumatına görə, məktəbin direktor köməkçisi Rəna Mirzəyeva onu yaxşı oxuyan şagird kimi tanıdığını və imtahanlardan yaxşı qiymətlər aldığını deyib:

“İnzibati imtahandan 5, 4, 3 qiymətlər alıb. 2 almayıb ki, depresiyaya düşsün. Yəni, bu səbəb ola bilməz. Yaxşı və fəal şagird olub. Fərəh intihar elməyib, axı. Gərək ona evdə nəzarət eləyərdilər. Nənəsinin dərmaını içib və özü də yüksək miqdarda”.

 

R.Mirzəyeva mərhumun hadisədən əvvəl xəstələndiyini və 3 gün dərsə gəlmədiyini də vurğulayıb:

“Fərəh atasız uşaq idi. Biz ailə məsələlərinə qarışmırıq. Bəlkə, onun evinin içində problemlər vardı?! Sadəcə olaraq, biz bunlardan xəbərsizik. Məktəb yoldaşları ilə də mehriban olub, hamı onun xətrini çox istəyirdi. Indi bütün məktəb şokdadır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR