Gömrükçülər 13200 ədəd pirotexniki vasitə aşkarladı

Gömrükçülər 13200 ədəd pirotexniki vasitə aşkarladı
12:49 17 Noyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun  idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən  hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13200 ədəd pirotexniki vasitə aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR