Azərbaycanda hər 10 uşaqdan biri vaxtından əvvəl anadan olur

Azərbaycanda hər 10 uşaqdan biri vaxtından əvvəl anadan olur
13:04 17 Noyabr 2016
113 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda hər il 2-3 min doğuş gerçəkləşirsə, onlardan 10%-i vaxtından əvvəl doğuşun payına düşür. Lent.az-ın məlumatına görə, respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib ki, il ərzində 200-ə yaxın uşaq vaxtından əvvəl doğulur.

 

Onun sözlərinə görə, Azərbaycanda doğulan hər 10 uşaqdan biri vaxtından əvvəl anadan olur. Vaxtından əvvəl yaşanan doğuşların ana və uşaq ölümlərinə səbəb ola biləcəyini deyən S. Məmmədova qeyd edib ki, bu da hamiləlikdən öncə olan hazırlıqdan asılıdır. Onun sözlərinə görə, həkim nəzarətində olan hamiləliklərdə ana və uşaq ölümlərinə az rast gəlinir. Erkən doğuşların səbəblərinin müxtəlif olduğunu deyən S. Məmmədova qeyd edib ki, birinci səbəb atenatal dövrdən başlayır, yəni hamiləliyə düzgün nəzarət olunmayanda hamiləlik erkən sonlana bilər: "İkinci səbəb isə hamiləlikdən əvvəl ananın sağlamlığında olan problemlərlə bağlıdır. Hamiləlik vaxtı meydana gələn müəyyən problemlər də hamiləliyin vaxtından əvvəl sonlanmasına gətirib çıxarır. Son illər Azərbaycanda yüksək texnologiyanı istifadəsi, süni mayalanma mərkəzlərinin meydana gəlməsi, irsi xəstəliklərin tez bir zamandan aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatı tam əhatə olunur".

 

S. Məmmədova vurğulayıb ki, analar vaxtından əvvəl doğulan körpələrinin sağlamlıqlarını daim nəzarətdə saxlamalı, peyvəndlərini vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanzerizasiyadan, dövrü müayinələrdən keçməlidirlər, hər hansı bir xəstəlik olanda o xəstəliyə səhlənkar yanaşmamalıdırlar. Hər cütlük ailə qurmazdan əvvəl tibbi müayinədən, hamiləlik baş tutduqdan sonra isə qadın məsləhətxanalarında qeydiyyatdan keçməlidir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR