Məşhur müğənninin ölümü 3 gün gizlədilibmiş

Məşhur müğənninin ölümü 3 gün gizlədilibmiş
13:16 17 Noyabr 2016
66 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni, şair və bəstəkar Leonard Kohenin ölüm səbəbi açıqlanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, keçən həftə 82 yaşında vəfat edən sənətçinin meneceri Robert Kori bu haqda danışıb. O, "Leonard Kohen noyabrın 7-də yuxuda olduğu zaman yatdığı yerdən yıxılaraq dünyasını dəyişib" deyib.

R.Kori ifaçının ölümünü "Ani, gözlənilməz və sakit" adlandırıb. Menecerin bu açıqlaması ilə Kohenin vəfatının ictimaiyyətə 3 gün sonra açıqlandığı üzə çıxıb.

L.Kohen noyabrın 10-da, yəni ölümünün açıqlandığı gün Kanadanın Montreal şəhərində təşkil edilən kiçik cənazə mərasimi ilə dəfn edilmişdi. Məşhur sənətçi üçün Los-Ancelesdə böyük bir anım tədbirinin keçiriləcəyi planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR