İdmançımızdan bürünc medal

İdmançımızdan bürünc medal
13:17 17 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Kanadanın Börnabi şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi start götürüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması yarışın ilk gününü medalla başa vurub.

45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli Nikolas Delayeni (Qvadelupe) 14:0, Omar Şarakini  (Misir) 7:1, Rabil Saqitjanovu (Qazaxıstan) 14:4 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Lakin həmyerlimiz finala gedən yolda Çin Taypeyini təmsil edən Çanq Çenq-Çun səddini keçə bilməyib. O, gərgin keçən döyüşdə qızıl xalla uduzaraq, bürünc medalla kifayətlənib.
 
Digər idmançılarımız Cavid Məmmədov (48 kq), Mehriban Məmmədova (42 kq) və Aliyə Zeynalova (44 kq) 2-ci mərhələdə uduzublar.
 
Qeyd edək ki, yarışa 102 ölkədən 846 taekvondçu qatılıb. Azərbaycan isə Kanadaya 14 idmançı ilə yollanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR