"Təəssüf ki, məni "Barcelona" və "Real"a buraxmadılar"

"Təəssüf ki, məni "Barcelona" və "Real"a buraxmadılar"
13:27 17 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo "Milan"da çıxış edərkən "Real"dan təklif aldığını xatırlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İspaniya qrandlarında oynamadığı üçün təəssüflənib.

"İstənilən futbolçu "Real"da oynamaq istər. Təəssüf ki, məni oraya və "Barselona"ya buraxmadılar. Amma 10 il ərzində "Milan"da bütün mümkün titulları qazandım. Həmin vaxt Avropanın ən güclü klublarından biri idik. İtaliyanın ən nüfuzlu 3 klubunda forma geyinmişəm".

Pirlo 1998-2001-ci illərdə "İnter", 2001-11-ci illərdə "Milan"ın şərəfini qoruyub. "Maestro" 4 il də "Yuventus"da top qovub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR