Əlilliyin qiymətləndirilməsi prosesi avtomatlaşdırılacaq

Əlilliyin qiymətləndirilməsi prosesi avtomatlaşdırılacaq
13:37 17 Noyabr 2016
333 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesi elektron formada aparılacaq. Bu, vətəndaşlarla məmur arasında ünsiyyəti aradan qaldıracaq".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib: "Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza üzrə alt sistem yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesini avtomatlaşdırmağa imkan verəcək".

Nazirin sözlərinə görə, ikinci və üçüncü qrup əlillərin təkrar yoxlamadan keçirilməsi müddəti 5 ilədək artırılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR