Məşhur müğənninin ölümü 3 gün gizlədilibmiş

Məşhur müğənninin ölümü 3 gün gizlədilibmiş
13:47 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni, şair və bəstəkar Leonard Kohenin ölüm səbəbi açıqlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, keçən həftə 82 yaşında vəfat edən sənətçinin meneceri Robert Kori bu haqda danışıb. O: "Leonard Kohen noyabrın 7-də yuxuda olduğu zaman yatdığı yerdən yıxılaraq dünyasını dəyişib", - deyib.

R.Kori ifaçının ölümünü "Ani, gözlənilməz və sakit" adlandırıb. Menecerin bu açıqlaması ilə Kohenin vəfatının ictimaiyyətə 3 gün sonra açıqlandığı üzə çıxıb.

L.Kohen noyabrın 10-da, yəni ölümünün açıqlandığı gün Kanadanın Monreal şəhərində təşkil edilən kiçik cənazə mərasimi ilə dəfn edilmişdi. Məşhur sənətçi üçün Los-Ancelesdə böyük bir anım tədbirinin keçiriləcəyi planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR