Akif Çovdarov vəkillərindən imtina etməsi barədə ərizəsini geri götürüb

Akif Çovdarov vəkillərindən imtina etməsi barədə ərizəsini geri götürüb
13:47 17 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov ötən məhkəmə iclasında vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə ərizəsini geri götürdüyünü bildirib.
O, bu barədə məhkəməyə müraciət edib. A.Çovdarov onun müdafiəsinə yeni qoşulan Şahin Rəfiyevin də müdafiçi kimi məhkəmədə iştirak etməsini istəyib.
Hazırda poses davam etdirilir.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda bu qəsəbəni sahibsiz itlər basıb - SAKİNLƏR TƏLAŞDA

21 Sentyabr 2017 16:24

Aleyda Gevara: “Təəssüf ki, ABŞ kimi bir qonşumuz var”

21 Sentyabr 2017 16:23

Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlılara 11 mindən çox dərslik göndərib

21 Sentyabr 2017 16:22

Yevlaxda məktəbli partlamamış top mərmisi tapıb

21 Sentyabr 2017 16:22

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin olundu

21 Sentyabr 2017 16:19

İrəvanda Qarabağ QALMAQALI: siyasi rəhbərlik əraziləri qaytarır, ordu etiraz edir

21 Sentyabr 2017 16:18

Genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsinin görüntüləri yayılıb

21 Sentyabr 2017 16:17

“Qəbələ” nigeriyalı hücumçu transfer edib

21 Sentyabr 2017 16:17

"YapıKredi Bank Azərbaycan"ın səhmdarı "Commerzbank"ı almaq istəyir

21 Sentyabr 2017 16:17

Məhşur klubdan Fatih Terimə təklif gəldi - RƏSMİ

21 Sentyabr 2017 16:17

Günəş sistemində analoqu olmayan göy cismi kəşf edildi

21 Sentyabr 2017 16:08

Xalq artisti saç rəngləyən kişi həmkarlarını MÜDAFİƏ ETDİ

21 Sentyabr 2017 16:03

Beynəlxalq Velosipedçilər İttifaqına yeni prezident seçilib

21 Sentyabr 2017 16:02

Üzeyir Hacıbəyova qarşı böyük TƏRBİYƏSİZLİK!

21 Sentyabr 2017 15:59

Filippin prezidenti oğlunun narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olması iddialarını təkzib edib

21 Sentyabr 2017 15:57

Müharibənin başlanmasına Trampın iki zəngi mane olub – ŞOK İDDİA

21 Sentyabr 2017 15:53

Liviyada qaçqınları daşıyan qayıq batdı: 100 nəfər itkin düşdü

21 Sentyabr 2017 15:48

Bakıda estetik əməliyyat etdirən qız bu hala düşdü

21 Sentyabr 2017 15:43

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məktəb-Lisey Kompleksində olub

21 Sentyabr 2017 15:42

"Elçibəyin dişini düzəltdim, sonra da hamamında çimdim" - Stomotoloq

21 Sentyabr 2017 15:38

Xırdalanda hadisə yerindən qaçmış sürücü həbs edilib

21 Sentyabr 2017 15:37

Nigeriya millisinin sabiq üzvü "Qəbələ"də - FOTO

21 Sentyabr 2017 15:37

Ekspert: “Ödənişli antivirus proqramları faydasızdır”

21 Sentyabr 2017 15:35

Safura 25 yaşını belə qeyd etdi – FOTOLAR

21 Sentyabr 2017 15:33

İstanbulda məhkəmə binasının həyətində atışma olub, 20 nəfər tutulub

21 Sentyabr 2017 15:27

Bakıdakı Məktəb Lisey Kompleksinin direktoru ilə bağlı müəmmalı durum yaranıb

21 Sentyabr 2017 15:27

İraq hökuməti Bərzaninin şərtlərini qəbul edəcəkmi?

21 Sentyabr 2017 15:26

Ermənistanda iki nazirlik arasında Qarabağ ziddiyəti - DÜŞMƏN TƏRƏFDƏ QALMAQAL

21 Sentyabr 2017 15:24

Azərbaycan “Dəmir günbəz” sistemini alıb? - Neft kəmərlərinə hücum və Bakının MÜAFİƏ PLANI

21 Sentyabr 2017 15:23

Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 277 min manat güzəştli kredit verilib

21 Sentyabr 2017 15:22

Odina Bayramova: "Avropa çempionatının favoriti Azərbaycan millisidir"

21 Sentyabr 2017 15:22

Ermənistan XİN və MN arasında ZİDDİYƏT: Torpaqların qaytarılması ilə bağlı

21 Sentyabr 2017 15:19

ŞOK FAKT: Sən demə, Damla 2 min manata...

21 Sentyabr 2017 15:18

Vatsap yazışması DƏHŞƏTLƏ BİTDİ: Yevlax sakininin Novxanı MACƏRASI - TƏFƏRRÜAT

21 Sentyabr 2017 15:13

Mərkəzi Bank 100 milyon manat cəlb edir

21 Sentyabr 2017 15:13

Prezident Elçin Quliyevə orden verdi

21 Sentyabr 2017 15:08

Amerika yazıçısı Stiven Kinqin 70 yaşı tamam olur

21 Sentyabr 2017 15:07

Prezident Elçin Quliyevi təltif etdi - SƏRƏNCAM

21 Sentyabr 2017 15:04

Əncirin saymaqla bitməyən faydaları

21 Sentyabr 2017 15:04

Moskvada Çingiz Aytmatovun abidəsi ucaldılacaq

21 Sentyabr 2017 15:03

Buddist etirazçılar yardım karvanının qarşısını kəsdilər

21 Sentyabr 2017 15:03

Ana söyüşünə görə, adam bıçaqlayan şəxsə AĞIR CƏZA

21 Sentyabr 2017 14:59

"Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi

21 Sentyabr 2017 14:58

Elçin Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib

21 Sentyabr 2017 14:57

Türk deputatlar Sarkisyana cavab verdilər - SORĞU

21 Sentyabr 2017 14:54

Manafdan qalmaqallı AÇIQLAMA: “Şou-biznesdə heç 10 nəfər kişi yoxdur”

21 Sentyabr 2017 14:53

Biləsuvarda ağır yol qəzası olub, iki nəfər yaralanıb

21 Sentyabr 2017 14:52

Famil Ağayev: “Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışıq”

21 Sentyabr 2017 14:47

Narkotik keçirilməsinin qarşısı alındı

21 Sentyabr 2017 14:45

“Alves Neymarın fahişəsi kimidi” – Dieqo Forlan

21 Sentyabr 2017 14:44