Aparıcı güləşçilərimiz “Qızıl Qran Pri”nin final mərhələsinə qatılmayacaq

Aparıcı güləşçilərimiz “Qızıl Qran Pri”nin final mərhələsinə qatılmayacaq
13:53 17 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlaşan sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri bu gün Olimpiya Güləş Mərkəzində bir araya gəlib.

Publika.az xəbər verir ki, mətbuat üçün açıq məşq baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında keçib.

Məşq zamanı yığmada gənc güləşçilərin üstünlük təşkil etməsi diqqət çəkib. F.Umudov jurnalistlərə açıqlamasında onların bir çoxunun "Qızıl Qran Pri"də mübarizə aparacağını bildirib. Onun sözlərinə görə, hər çəkidə 3, bəzi çəkilərdə isə 4-5 idmançı çıxış edəcək: "Dünya Güləş Birliyinin qaydalarına əsasən, "Qızıl Qran Pri"də hər çəkidə 3 idmançının iştirakı nəzərdə tutulur. Biz də artıq öz seçimimizi etmişik. Seçdiyimiz idmançılar yığma komandanın tərkibində çıxış edəcəklər. Amma bəzi çəkilərdə 4-5 idmançının iştirakı nəzərdə tutulub. Həmin idmançıları da yoxlamışıq. Adlarını ehtiyat heyətdə qeyd edəcəyik. Sözsüz ki, federasiya rəhbərliyi ilə bu barədə razılaşma olacaq. Artıq dünən ümumi heyət onlara göndərilib. Qaydalar bizdən asılı olsa, 6-7 idmançı ilə çıxış edərik. Bəzi çəkilər var ki, orada rəqabət çox güclüdür. 57 kq-da 5 idmançının güləşməsi nəzərdə tutulur. Mahir Əmiraslanov, Əfqan Xaçalov, Mircəlal Həsənzadə və s. kimi güləşçilərimiz var. İlkin məqsədimiz odur ki, ən çox gənclərə üstünlük verək".

Bu, Azərbaycan güləşçilərinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra ilk ciddi sınağı sayılır. Baş məşqçi əvəzi hədəflərinin 2020-ci il Tokio olimpiadasında daha yaxşı çıxış etməkdən ibarət olduğunu vurğulayıb: "Bunun təməlini indidən qoyuruq. Hər olimpiada ərəfəsində xalqımız yeni nəfəs görmək istəyir. Biz də çalışacağıq ki, bunu edək. Yığma komandaların məşqçilər korpusu ilə söhbətlər aparmışam. Nəticə qazanan uşaqlar yığmanın tərkibində yer alıblar. Ən başlıca məqsədimiz odur ki, bayrağımızı dünyanın bir çox ölkəsində dalğalandıraq. Güləşçilərlə söhbətimizdə demişəm ki, ən birinci vətənimizi, bayrağımızı sevməliyik. Belə olanda qələbə daha yaxın olacaq".

Noyabrın 24-də start götürəcək "Qızıl Qran Pri"nin final mərhələsinə Şərif Şərifov, Toğrul Əsgərov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov kimi aparıcı sərbəst güləşçilər qatılmayacaqlar. Baş məşqçi əvəzi hər olimpiadadan sonra yığma komandalarda eniş olduğunu və bunun Azərbaycan güləşçilərindən də yan keçmədiyini bildirib: "Şərifov, Əsgərov, Əliyev və Məhəmmədovun Qran Pridə olmaması bizim üçün böyük sınaqdır. Gənclərlə də bu barədə söhbət etmişəm. Onlara gələcəkdə yığmada öz yerini möhkəmləndirmək üçün şans verilir. Artıq 2017-ci ilin hazırlıq planını federasiyaya təqdim etmişəm, yarışlarımız çoxdur. Toğrulun olimpiadadan sonra zədəsi vardı və onu bərpa edir. Hazırda fizioterapiyadadır, həkim nəzarəti altında hazırlaşır. Olimpiya, dünya çempionlarına yığma komandanın qapısı açıqdır. Ancaq ilk növbədə, nizam-intizam olmalıdır. Hər kəs buna əməl etməlidir. Çempion olmusan, bu, oldu-keçdi. Artıq gələcəyi fikirləşmək lazımdır. Nəticə qazanmaq üçün mütləq intizam lazımdır".

F.Umudov karyerasını başa vuran Xetaq Qazyumovun (97 kq) yerini kimin dolduracağı ilə bağlı da fikirlərini açıqlayıb: "Ağır çəkidə gələcək illərdə kimin çıxış edəcəyini görəcəksiniz. Yeniyetmələr, gənclər arasında ölkə daxilində, Avropa birinciliyində nəticə qazanmış uşaqlar var. Gələcək illərdə məşqçilər korpusu ilə birgə bölgələrdə master-klasslar, seminarlar keçirmək fikrimiz var. Azərbaycan idman ölkəsidir. Biz də çalışacağıq ki, bölgələrimizdə yeni idmançılar yetişsin".

Qeyd edək ki, "Qızıl Qran Pri"nin final mərhələsi sayca 9-cu dəfə baş tutacaq. Turnirə 50-dən artıq ölkənin 700-ə yaxın sərbəst, yunan-Roma və qadın güləşçisinin qatılacağı gözlənilir. Proqrama əsasən, turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq. Yarışlar Bakı İdman Sarayında olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bütün yollar "Qarabağ" - "Roma" oyununa aparır - PAYTAXTDA XÜSUSİ HAZIRLIQ

26 Sentyabr 2017 18:49

Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO

26 Sentyabr 2017 18:43

Gəncədə 2 nəfər bıçaqlanıb

26 Sentyabr 2017 18:37

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

26 Sentyabr 2017 18:33

Tofiq Sarıcalinski ordenlə təltif edildi

26 Sentyabr 2017 18:33

Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib

26 Sentyabr 2017 18:32

MTRŞ sədri ATV-dəki rəhbər dəyişikliyindən danışdı: "Dəfələrlə demişdik"

26 Sentyabr 2017 18:29

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:24

Azərbaycanda Afrika taunu təhlükəsi?

26 Sentyabr 2017 18:23

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

26 Sentyabr 2017 18:22

Dillər universitetində aksiyaya görə tələbələr qovulub? - AÇIQLAMA

26 Sentyabr 2017 18:19

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edildi

26 Sentyabr 2017 18:16

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

26 Sentyabr 2017 18:13

ATV-də köklü dəyişikliklər olacaq?

26 Sentyabr 2017 18:13

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 18:12

Yol tikintisi üçün maliyyə vəsaiti ayrıldı

26 Sentyabr 2017 18:10

Araz Abdullayevin başına nə gəlib? - SƏBƏB

26 Sentyabr 2017 18:07

50 ölkə ombudsmanı Ərdoğana Nobel istədi

26 Sentyabr 2017 18:03

"Səbail" rumıniyalı futbolçu ilə müqavilə bağlayıb

26 Sentyabr 2017 18:02

Salyana 3 milyon manat ayrıldı

26 Sentyabr 2017 17:59

Prezident onları təltif etdi

26 Sentyabr 2017 17:58

Tofiq Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

26 Sentyabr 2017 17:57

ADB Azərbaycan üçün inflyasiya proqnozunu artırıb

26 Sentyabr 2017 17:57

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib

26 Sentyabr 2017 17:57

Azərbaycanlı tələbələrdən ibarət komanda Moskvada uğurla çıxış edib

26 Sentyabr 2017 17:52

İki nəfərə “Əməkdar artist” fəxri adı verilib

26 Sentyabr 2017 17:52

"Mən onu işdən çıxarmamışam"

26 Sentyabr 2017 17:52

Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

26 Sentyabr 2017 17:47

Ərdoğandan sərt açıqlama

26 Sentyabr 2017 17:46

""Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov

26 Sentyabr 2017 17:39

ABŞ-da nüvə zərbəsi üzrə məxfi sənəd AÇIQLANDI

26 Sentyabr 2017 17:38

Rus generalın ölümü barədə ŞOK İDDİA - VİDEO

26 Sentyabr 2017 17:33

Qurban Qurbanov: "Roma"nı çox da tərifləmək istəmirəm"

26 Sentyabr 2017 17:32

"Qarabağ"ın futbolçusu: "Çempionlar Liqasında oynamaqdan böyük qürur duyuram"

26 Sentyabr 2017 17:32

Çin və Azərbaycan baytarlıq sahəsində müqavilə imzalayıblar

26 Sentyabr 2017 17:32

"Qarabağ" - "Roma" oyununda yağış yağacaq

26 Sentyabr 2017 17:32

Türkiyənin müdafiə naziri sabah Azərbaycana gəlir

26 Sentyabr 2017 17:29

"Qarabağ"ı evində yenən olmayıb! - RƏQƏMLƏR VƏ FAKTLAR

26 Sentyabr 2017 17:27

Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

26 Sentyabr 2017 17:27

Azər Xəlilov: “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb"

26 Sentyabr 2017 17:23

Gürcüstan parlamenti yenilənmiş konstitusiyanı təsdiq edib

26 Sentyabr 2017 17:22

Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək

26 Sentyabr 2017 17:22

ATV-də dəyişiklik başladı: məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi

26 Sentyabr 2017 17:19

Dollar ucuzlaşır - MƏZƏNNƏ

26 Sentyabr 2017 17:18

Daş dövrünə canlı şahidlik etmək istəyirsinizsə...

26 Sentyabr 2017 17:18

"Qarabağ" klubu qırmızı vərəqə alan futbolçusunu cəzalandırıb

26 Sentyabr 2017 17:17

Sentyabrın 27-nə manatın məzənnəsi

26 Sentyabr 2017 17:16

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib

26 Sentyabr 2017 17:12

Toqquşma başlayır, qonşularımız döyüşə girir - Türkiyəli politoloq MÜHARİBƏ PLANINI AÇDI

26 Sentyabr 2017 17:08

Fatih Terim İran klubundan təklif alıb

26 Sentyabr 2017 17:07