Qış mövsümündə turistləri hansı sürprizlər gözləyir? - LAHICDAN REPORTAJ

Qış mövsümündə turistləri hansı sürprizlər gözləyir? - LAHICDAN REPORTAJ
13:59 17 Noyabr 2016
143 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonu gözəl təbiətinə, sıx meşələrinə, sərin və müalicəvi bulaq sularına, mənzərəli çay və göllərinə, burada yaradılan müasir turizm infrastrukturuna görə yerli və xarici turistlər üçün daha cəlbedicidir. Qış turizminin başlamaq üzrə olduğunu nəzərə alaraq, Lahıc sakinləri qəsəbəyə gələn turistlərin yolunu gözləyir.
 
Azərbaycanın sənətkarlıq paytaxtı olan Lahıc qəsəbəsi yay fəslində olduğu kimi, qış turizminə də hazırdır. Lahıc təkcə gözəl təbiətinə görə deyil, həm də maddi mədəniyyət nümunələri ilə diqqət çəkdiyi üçün yerli sənətkarlar turistlərin qış mövsümündə bura üz tutacağını bilirlər və ona görə də hazırlıq işlərini sürətləndiriblər. Sənətkarlar bu qış mövsümündə turistlərə sürpriz olaraq daha maraqlı və qeyri-adi əl işləri təqdim edəcəklərini deyirlər.
 
Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşən Lahıc qəsəbəsində XVIII-XIX əsrlərdən bəri misgərlik sənəti həmişə üstünlük təşkil edib. Soyuq qış aylarında Lahıca gələn yerli və xarici turistləri sənətkarların əl işləri ilə yanaşı, burada qış fəslinin digər yerlərlə müqayisədə tam fərqli olması cəlb edir.
 
Lahıca gələn turistlərin yüksək səviyyədə istirahətinin təmin edilməsi, onlara yerli və Avropa mətbəxinin yer aldığı restoran xidmətlərinin göstərilməsi əcnəbi turistlərin marağına səbəb olacaq. Hər il qış turizm mövsümündə Lahıca gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edir. Qəsəbə ərazisində dincəlmək üçün hotellər və gündəlik kirayə üçün evlər də var.
 
İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovun sözlərinə görə, yayda olduğu kimi, qış aylarında da rayona gələn turistlərin sayında hər il artım müşahidə olunur.
 
Lahıcda yaşayıb yaradan misgərlərin, zərgərlərin və sərracların düzəltdikləri maddi mədəniyyət nümunələri hazırda dünyanın ən məşhur muzey və kolleksiyalarını bəzəyir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR