Ər-arvad "Barselona"ya 200 milyon qazandırdılar

Ər-arvad "Barselona"ya 200 milyon qazandırdılar
14:05 17 Noyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Rakuten" şirkətinin növbəti 4 ildə "Barselona"nın baş sponsoru olacağını xəbər vermişdik.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2017/18 mövsümünün əvvəlindən qüvvəyə minəcək müqavilənin şərtlərinə görə, klubun formasının üzərində sponsorun adı yazılacaq. 

Buna görə yaponlar hər il Kataloniya təmsilçisinə 55 milyon avro ödəyəcəklər. Klub İspaniya çempionu olsa, 1,5, Çempionlar Liqasını qazansa, şirkət tərəfindən daha 5 milyon avro mükafat alacaq. Bununla "Barselona" "Mançester Yunayted"i geridə qoyaraq, futbol tarixinin ən dəyərli sponsorluq müqaviləsinə imza atmış oldu.

Bəs, bu proses necə reallaşıb? İş burasındadır ki, "Rakuten" şirkətinin rəhbərliyi komandanın futbolçusu Xerard Pike ilə dostdur. Bu barədə komandanın prezidenti Xosep Bartomeu məlumat verib: "2015-ci ilin yayında Pike və Şakira şirkətin prezidenti ilə bizi yeməkdə bir araya gətirdilər. Əvvəlcə belə bir plan yox idi. Yemək zamanı gələcək planlardan danışarkən belə bir fikir irəli sürdülər. Bu da bizi qane etdiyi üçün qısa zaman ərzində məsələni reallaşdırdıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR