"Lusa" prezidenti: "Bakıda əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir" - FOTO

"Lusa" prezidenti: "Bakıda əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir" - FOTO
14:05 17 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir".

Milli.Az bildirir ki, bunu Trend-ə Portuqaliyanın "Lusa" xəbər agentliyinin prezidenti Teresa Markes deyib.

Dünya Xəbər Agentlikləri Konqresində birinci dəfə iştirak etdiyini deyən T.Markes yeni təcrübə qazandığını bildirib: "Əlbəttə, bu çox yaxşı haldır. Biz hamımız eyni sahədə fəaliyyət göstəririk və bu cür tədbirlər vasitəsilə bir-birimizi daha yaxından tanıyırıq, qarşımızda duran vacib çağırışlarla bağlı müzakirələr aparırıq və onların həlli yollarını araşdırırıq".

O, tədbirin ev sahibi olan Azərbaycan üçün əhəmiyyətini də qeyd edib: "Dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin gəlib ölkəni tanıması, əlbəttə ki, çox yaxşı haldır. Elə mən də birinci dəfədir, Bakıya gəlirəm və şəhəri çox bəyəndim, çox gözəl şəhəriniz var".

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR