Norveç Futbol Federasiyasına yeni baş katib təyin olunub

Norveç Futbol Federasiyasına yeni baş katib təyin olunub
14:12 17 Noyabr 2016
100 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Norveç Futbol Federasiyasına yeni baş katib təyin olunub. 
"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Pal Byerketvedt icra edəcək.
O, baş katib postunda Kay-Erik Arstadı əvəzləyib. P.Byerketvedt bundan əvvəl Norveç İnformasiya Agentliyinin baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Norveç yığması 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/norvec-futbol-federasiyasina-yeni-bas-katib-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR