Məşhur aktrisa 30 milyonluq villasını satışa çıxardı - FOTO

Məşhur aktrisa 30 milyonluq villasını satışa çıxardı - FOTO
14:18 17 Noyabr 2016
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Culiya Roberts və onun əri Daniel Moder Havay adalarında aldıqları villanı heç cürə sata bilmirlər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, villanın başlanğıc qiyməti təxminən 30 milyon dollar təşkil edir. Lakin bu rəqəm oktyabrda 19,5 milyona qədər azaldılıb. İndi isə məlum olub ki, Hollivud ər-arvad şəxsi daşınmaz əmlakının dəyərini yenə də aşağı salıb.

Şayiələr gəzir ki, alıcıları malikanənin çox uzaqda yerləşməsi ürküdür, onun ətrafında əyləncə üçün heç nə yoxdur. Aktrisanın özü isə bu evi 2011-ci ildə 13 milyon dollara alıb. Villanı satmasının səbəbi özünün buraya nadir hallarda gəlməsidir.

Villa 1917-ci ildə inşa olunub və öz individuallığını saxlayıb. Sakit Okeanın sahilində özünə mülk tikdirən evin ilk sahibi şəkər qamışı istehsalı ilə məşğul olan iş adamı olub. Ev beş yataq otağı, açıq terras ilə təchiz olunub, həmçinin qonaq üçün ayrıca otaq nəzərdə tutulub.

Aytən






Xəbərin orijinal ünvanı: http://publika.az/news/dizayn/176288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR