"Qadın kimi heç vaxt xoşbəxt ola bilmədim"

"Qadın kimi heç vaxt xoşbəxt ola bilmədim"
14:22 17 Noyabr 2016
257 Şou
Ölkə mətbuatı
A- A+

"Bu acıya necə dözəcəm, bilmirəm. Xəstə deyildin, niyə getdin əlimizdən, ana? Sənsizlikdən ürəyim parçalandı. Bilmirəm, bu qismətindir, yoxsa həkimin səhvi. Bircə onu bilirəm ki, iki dünya bir olsa da, qayıtmayacaqsan".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova sosial şəbəkədə yazıb. 

Bir neçə gün əvvəl anasını itirən aparıcı qadın kimi heç vaxt xoşbəxt olmadığını söyləyib:

"Rənanı (qızı - red.) böyüdüb, yerbəyer edib yanına gələcəm. Mən qadın kimi heç vaxt xoşbəxt ola bilmədim. İndi qızıma lazımam. Sən məni yarım qoydun. Amma mən qızım üçün yalandan olsa da gülməliyəm. Daha heç vaxt ürəkdən sevinib, gülə bilməyəcəm. Gözlərimin nurunu özünlə apardın, ana. Bu dünya boşdur, yamandır, amansızdır. Rənaya bu dünyadan köçməyini deyə bilmirəm. Elə bilir, xəstəxanadasan. Deyir, nənəm sağalıb gəlib bizdə qalacaq".

Qeyd edək ki, L.Ələkbərovanın gözündə mirvari suyu olub. O, əməliyyat zamanı dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/490332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR