Xatun ona qadağa qoyan həmkarlarının adını açıqladı - video

Xatun ona qadağa qoyan həmkarlarının adını açıqladı -  video
14:36 17 Noyabr 2016
421 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatun Əliyeva aşıq Telli Borçalı ilə bağlı sirrini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “Zarafat-zarafat” verilişində bildirib ki, aşıq ona qadağa qoyub:

“Bir çox tanınmış var ki, onları parodiya etmək üçün ürəyim gedir. Amma mənə “zapret” qoyublar. Onlardan biri də Telli Borçalıdır. Mənə qadağa qoyub, parodiya edilməyi qətiyyən istəmir. Bir-iki adam da var, adların sonra deyərəm”.

Xatun daha sonra ad çəkmədən K.Kərimovanı parodiya etməyə başlayıb.

Qeyd edək ki, K.Kərimova ilə Xatun arasında parodiyaya görə qalmaqal yaşanmışdı. Sənətçinin parodiyası qarşı tərəfi əsəbiləşdirmişdi. Xatun verilişlərin birində K.Kərimovadan üzr istəsə də, onların barışığı uzun çəkməyib. Hazırda hər iki ifaçı yenidən küslüdür.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR