Rumıniya yığmasının sabiq futbolçusu televiziyaya baxarkən dünyasını dəyişib

Rumıniya yığmasının sabiq futbolçusu televiziyaya baxarkən dünyasını dəyişib
14:47 17 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Rumıniya yığmasının və İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Daniel Prodan vəfat edib. "Report"un Madrid təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prodan televizora baxarkən infarkt keçirib.
O, 44 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Daniel Prodan 1996 - 1998-ci illərdə "Atletiko"da çıxış edib. Madrid klubunun heyətində 34 oyuna çıxan müdafiəçi 4 qol vurub. O, karyerası ərzində Rumıniyanın "Styaua", Şotlandiyanın "Reyncers", İtaliyanın "Messina" klublarında da forma geyinib. Yığmada 54 oyun keçirən D.Prodan 5 qat Rumıniya çempionu, iki dəfə Rumıniya Kuboku və Super Kubokun qalibi, 2 dəfə Şotlandiya çempionu olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ruminiya-yigmasinin-ve-atletiko-nun-sabiq-futbolcusu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR