10 min manatlıq dəllal - FOTO

10 min manatlıq dəllal -  FOTO
14:47 17 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatının I divizionunda özbaşnalıq davam edir. Oyun alveri, qumar bir yana, bu yarış həm də lazımsız legionerlərin məskəni olmaqla diqqət çəkir.

 

İrandan gələn futbolçuları düşərgəsinə cəlb edən xeyli klub var ki, onlar qonşularımıza güclü futbolçu yox, qazanc mənbəyi kimi baxırlar. Belə ki, 2 iranlıya güvənən “Şahdağ”, 4 belə futbolçunu sıralarına qatan “Rəvan”, eləcə də “Şəmkir”, “Bakılı”, “Energetik”, “Mil-Muğan” və başqaları əsgərlikdən yayınmaq üçün ölkəmizdə gizlənən bu şəxslərə sığınacaq verib. Onların əksəriyyəti meydana çıxmasa da, ölkələrində lazım olan güzəşti almaq üçün adlarını siyahıya saldırıblar.

 

Bu futbolçuların klublarımızda peyda olmasının da qiyməti var. Sözügedən oyunçular hansısa division təmsilçisindən maaş almır, əksinə, adlarının iştirak ərizəsinə düşməsi üçün özləri 10 min manat ödəyirlər.


Klub məşqçiləri ilə əlbir olub bu işləri həyata keçirən isə Hamed Dağestanidi. Vaxtilə İranın “Peykan” komandasınıda oynamış müdafiəçisi bir ara “Xəzər Lənkəran”dad a baxışda olub. Lakin səviyyəsi məşqçiləri qane etmədiyindən ondan imtina olunub. Hamed isə karyerasını bitirən kimi menecerliyə başlayıb. Lakin o, səviyyəli futbolçuların keçidi ilə deyil, belə qara işlərlə məşğuldu. 


(futbolinfo.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-10-min-manatlq-dllal-t54222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR