Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 20 mindən çox hərbçi Silahlı Qüvvələrdən azad edilib

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 20 mindən çox hərbçi Silahlı Qüvvələrdən azad edilib
15:27 17 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Rəsmi Ankaranın Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham etdiyi FETÖ terror təşkilatı ilə əlaqələrinin olmasına görə 20 mindən çox hərbçi və hərbi məktəb kursantı Silahlı Qüvvələrin tərkibindən azad edilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.
"Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin 3665 əməkdaşı FETÖ ilə əlaqələrinin olması şübhəsi ilə vəzifəsindən azad edilib. Hərbi məktəblərdən uzaqlaşdırılan 16 423 tələbəni də nəzərə alsaq, 20 088 nəfərin Türkiyə Silahlı Qüvvələri ilə əlaqəsinə son qoyulub. Hazırda 2855 əməkdaşla bağlı istintaq davam etdirilir" - nazir vurğulayıb.
Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra FETÖ terror təşkilatı ilə əlaqələrinin olması ittihamı ilə təqribən 32 min nəfər həbs edilib, 70 mindən çox dövlət işçisi isə işdən qovulub və ya uzaqlaşdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-dovlet-cevrilisine-cehdden-sonra-20-minden-cox-herbci-silahli-quvvelerden-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR