Sorğu: ABŞ mediası prezident seçkilərini qərəzli işıqlandırır

Sorğu: ABŞ mediası prezident seçkilərini qərəzli işıqlandırır
15:37 17 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Sputnik.Rəy sorğusunun nəticələrinə görə, amerikalıların əksəriyyətinin (80%) fikrincə, ölkədə keçirilən son prezident seçkilərinin işıqlandırılması zamanı KİV namizədlərdən hansısa birinə qarşı qərəzli münasibət sərgiləyir. Bununla yanaşı, ABŞ sakinlərinin yarıdan çoxu (59%) həm ümumölkə, həm yerli KİV-in qeyri-obyektivliyini qeyd edir.

Amerikalıların əksəriyyəti ölkələrindəki seçki sisteminin dəyişməsini istəyir Sorğu ABŞ-da TNS UK araşdırma şirkəti tərəfindən Sputnik informasiya agentliyi və radiosu üçün həyata keçirilib. Sorğunun nəticələrinə görə, amerikalıların 16 faizi ümumölkə kütləvi informasiya vasitələrinin namizədlərdən birinə üstünlük verdiyini düşünür, eyni zamanda onların fikrincə, yerli KİV obyektivlik sərgiləyib. Sorğulananların 5%-i isə, əksinə yerli KİV-in qərəzli olduğunu, ümumölkə informasiya vasitələrinin isə qərəzsiz olduğunu düşünür. ABŞ KİV-nin prezident seçkilərini balanslı işıqlandırdığını cəmi 20% sorğu iştirakçısı qeyd edib.

Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə TNS UK şirkəti tərəfindən 3-7 noyabr tarixlərində ABŞ-da keçirilib. Sorğuda 18-64 yaşında 1012 respondent iştirak edib.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri - Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır. Sputnik (sputniknews.com) - onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Sputnik (sputniknews.com) - onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR