Barak Obama "Prezidentin Azadlıq medalı" laureatlarının adlarını açıqlayıb

Barak Obama "Prezidentin Azadlıq medalı" laureatlarının adlarını açıqlayıb
15:57 17 Noyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Barak Obama "Prezidentin Azadlıq medalı" mükafatının 21 laureatının adlarını elan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat çərşənbə günü Ağ evin saytında dərc olunub.
Bu ilin qalibləri arasında aktyorlar Tom Henks, Robert De Niro və Robert Redford, musiqiçilər Brüs Sprinqstin və Diana Ross, teleaparıcı Ellen Deceneres, basketbolçular Maykl Cordan və Kərim Əbdül Cabbar, sahibkarlar Bill və Melinda Geytslər var.
"Prezidentin Azadlıq medalı" təkcə vətəndaşın müvəffəqiyyətinin tanınmasının ən yüksək səviyyəsi yox, həm də haradan gəlməyimizdən asılı olmayaraq, hamının ölkəni yaxşıya doğru dəyişmək imkanına malik olduğu ideyasının tərənnümüdür. Siyahıda adları göstərilən 21 nəfərin hər biri, - alimlərdən, xeyriyyəçilərdən və dövlət qulluqçularından tutmuş fəallara, idmançılara və incəsənət xadimlərinə qədər, - dünyada milyonlarla insanı ilhamlandıraraq ABŞ-ı irəli aparır", - Ağ evin mətbuat xidməti B.Obamanın sözlərindən sitat gətirib.
Qeyd edək ki, "Prezidentin Azadlıq medalı" ABŞ-da ən yüksək vətəndaş mükafatıdır və təhlükəsizlik, mədəniyyət, ABŞ-ın milli maraqları sahəsində əldə edilən və digər görkəmli nailiyyətlərə görə verilir. Medalların təltifetmə mərasimi noyabrın 22-də Ağ evdə keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/barak-obama-prezidentin-azadliq-medali-laureatlarinin-adlarini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR