Ukrinfo: Bakıdakı Konqres peşəkarlıq cəhətdən çox böyük təcrübədir - FOTO

Ukrinfo: Bakıdakı Konqres peşəkarlıq cəhətdən çox böyük təcrübədir - FOTO
16:05 17 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Xəbər Agentliklərinin V Konqresi peşəkarlıq cəhətdən çox məlumat verir, bu çox böyük təcrübədir.

Milli.Az bildirir ki, bu sözləri bu gün Trend-ə Ukrayna Milli İnformasiya Agentliyinin baş direktoru Aleksandr Xarçenko deyib.

O bildirib ki, burada mətbuat nəhənglərinin inkişafının sirlərini başa düşmək, onların iş üslubu və texnologiyaları ilə tanışmaq olar:

"Çox qısa müddət ərzində bu qədər böyük təcrübə qazanmaq yalnız belə tədbirlər zamanı mümkün ola bilər".

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR