Rusiyada stadion tikintisindən 50 milyon yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib

Rusiyada stadion tikintisindən 50 milyon yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib
16:17 17 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatı üçün Rusiyanın Sankt-Peterburq şəhərində stadion tikintisi zamanı fırıldaqçılığa yol verən şəxsin erməni olduğu müəyyənləşib. 
"Report"un "Fontanka"ya məlumatına görə, bu, Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Oqanesyandır.
Baş podratçı 2014-cü ildə "Transstroy"la TDM şirkətləri arasında stadion üçün videotablonun çatdırılması üzrə bağlanmış müqavilədən 50 milyon rubl pul yeyintisində şübhəli bilinib. Ötən gün həbs olunan Oqanesyan bu gün xəstəxanada 3 saatadək qaldıqdan sonra yenidən müvəqqəti saxlanma təcridxanasına qaytarılıb.
Qeyd edək ki, "Sankt-Peterburq" stadionu Konfederasiyalar Kubokunun 3 qrup oyununa və final görüşünə ev sahibliyi edəcək. Bundan başqa, DÇ-2018-in 4 qrup, 1/8 final, yarımfinal və üçüncü yerin sahibini müəyyənləşdirəcək oyunlar da bu stadionda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rusiyada-stadion-tikintisinden-50-milyon-yeyintide-subheli-bilinen-sexsin-ermeni-oldugu-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR