"Əslində, bizdə iqtisadiyyat yoxdur"

"Əslində, bizdə iqtisadiyyat yoxdur"
16:32 17 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyanın öz iqtisadiyyatı yoxdur.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Latviya prezidenti Raymond Veyonis "Dena" nəşrinə müsahibəsində bildirib. 

"Avropa Birliyi fondlarının mənimsənməsi dayanan kimi, bizdə birdən-birə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə aşağı düşür. Bu, o anlama gəlir ki, əslində, ölkəmizin iqtisadiyyatı yoxdur", - ölkə başçısı vurğulayıb. 

O, həmçinin etiraf edib ki, 25 il müstəqillik ərzində Latviya bir çox problemləri həll edə bilməyib: "Xeyli problemlər var. Məsələn, tibb və təhsil. Dövlət büdcəsinin effektiv idarə olunması üzə dövlət satınalmalarından danışıb, hazırda inyeksiyalara əsaslanan iqtisadiyyat haqqında düşünmək lazımdır". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR