“Google” köhnə şəkilləri rəqəmləşdirməyə imkan verən mobil proqram təqdim edib (VİDEO)

“Google” köhnə şəkilləri rəqəmləşdirməyə imkan verən mobil proqram təqdim edib (VİDEO)
16:35 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Google” korporasiyası smartfonun köməyi ilə çəkilmiş şəkillərin rəqəmləşdirilməsi üçün mobil proqram təqdim edib.
 
Hər birimiz həyatda nə vaxtsa köhnə şəklimizi rəqəmləşdirmək istəmişik. Bu halda smartfonu əlimizə götürərək şəkli çəkməyə çalışmışıq. Ancaq nəticə hər kəsdə müxtəlif olub: bu, həm xarici amillərdən, həm də fotoqraf kimi bacarığımızdan asılıdır. “Google” şirkəti bu məsələnin operativ və keyfiyyətli həlli üçün mobil proqram çıxarıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, "fotoskaner" mobil proqramı şəklin yaxşılaşdırılmış rəqəmli surətini yaratmağa imkan verir. Proqram skan edilmiş şəkli çərçivəyə alır, korreksiyalaşdırır.
 
Saytda, həmçinin bildirib ki, "Fotoskaner" tətbiqi parıltını ləğv edərək skan edilmiş şəkillərin keyfiyyətini yüksəldir. Skan etmədən sonra şəkilləri “Google Photos” xidmətində saxlamaq olar.
 
"Fotoskaner" tətbiqi ödənişsizdir, “iOS” və “Android” əməliyyat sistemləri ilə işləyən qurğular üçün əlçatandır.

Emil Hüseynov





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44412-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR