Nazim müğənniləri "eqoist" adlandırdı

Nazim müğənniləri "eqoist" adlandırdı
16:46 17 Noyabr 2016
53 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Nazim Məmmədov həmkarlarını tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində onları eqosit adlandırıb:

“Səsyazma zamanı müğənnilər "eqoistlik" edir. Düşünürlər ki, onlara yol göstərəndə özümüz kimi oxumalarını istəyirik. Mahnını biz yazdığımız üçün oxuyandan yaxşı bilirik. Buna görə də onlara yol göstəririk ki, belə daha yaxşı olar”.

Bu yaxınlarda Almaniyaya müayinəyə gedən N.Məmmədov onun səbəbini açıqlayıb:

“Ağır heç bir problem yoxdur. Böyrəyimdə daş var. Həkim heç dərman da yazmadı. Dedi, idman etməlisən. Bizim də yaşayışımız başqadır. Bütün günü yollarda, işdə oluruq. Vaxtında düzgün qidalanmırıq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR