Bakının mərkəzində mənzilə basqın edilib, içi pul ilə dolu seyf aparılıb

Bakının mərkəzində mənzilə basqın edilib, içi pul ilə dolu seyf aparılıb
16:47 17 Noyabr 2016
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda 40 yaşlı qadının evinə basqın edilib.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakinin-merkezinde-menzile-basqin-edilib-ici-pul-ile-dolu-seyf-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR