"İlham Mirzəyev professor deyil"

"İlham Mirzəyev professor deyil"
16:56 17 Noyabr 2016
84 Şou
Ölkə mətbuatı
A- A+

“İlham Mirzəyev professor deyil. O, psixologiya üzrə elmlər namizədi, psixoloqdur. Onun özünü professor kimi təqdim etməsi yaxşı hal deyil”.

Axşam.az xəbər verir ki, bunu AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə APA-ya müsahibəsində deyib.

“Bilirsiniz, ümumən ad, o cümlədən elmi ad şəxsiyyəti ucaltmır, şəxsiyyət adı ucaldır. Əgər hansısa elmi və ya fəxri adı olmayan insan iddia edirsə ki, o, bu adın sahibidir, bu özü-özlüyündə sual doğurur.

Sualların ən başlıcası isə odur ki, belə addım atan insan nə məqsəd güdür? Bəlkə yüksək adın kölgəsində gizlənərək cəmiyyətdə nüfuz qazanmaq istəyir? Dəqiq deyə bilmərəm. Amma hər halda telekanalda veriliş hazırlayarkən dəvət etdikləri adam barədə dolğun məlumat əldə etməlidirlər. Əks halda veriliş konkret şəxslərin arzuolunmaz reklamına çevrilir”, - deyə İlham Məmmədzadə vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR