Ukraynada hərbçilər qəzaya düşüb, 12 nəfər ölüb, 22 nəfər xəsarət alıb

03:27 6 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 03:25 ]

Bakı-APA. Ukraynanın Donetsk vilayətində hərbçilər yol qəzasına düşüb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, “Boqdan” avtobusunun “KRAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 12 hərbçi ölüb, 22-si xəsarət alıb.

 

İlkin ehtimala görə, qəzaya səbəb pis hava şəraiti olub.

 

“Yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar Artyomovsk şəhərinin Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda polis və prokurorluq orqanları əməkdaşları hadisə yerindədirlər, araşdırma aparılır”, Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin məlumatında bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR